Reklam

Hansı sürücü dayanma qaydalarını pozub? – YENİ SUAL

Yarışma 15 Dekabr 2014 18:13 Oxunub 5438
Hansı sürücü dayanma qaydalarını pozub? – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkəti qaydaları üzrə bilikləri sınamaq üçün növbəti sualımız nəqliyyat vasitələrinin dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual sual belədir:

Bu avtomobillərdən hansının sürücüsü dayanma qaydalarını pozub?

A) Hər iki avtomobilin sürücüsü pozub;

B) Heç biri pozmayıb;

C) Birinci avtomobilin sürücüsü pozub;

Ç) İkinci avtomobilin sürücüsü pozub.

 

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Maarif 10 Noyabr 2014 22:55
2-ci pozub
sevil zamanova 10 Noyabr 2014 22:55
Düzgün cavab ç variantıdı.2 ci avtomobilin sürücüsü 52 ci maddənin tələbini pozub.
elik 10 Noyabr 2014 22:55
a variant her ikisi avtomobilin surucusu pozub
Babek 10 Noyabr 2014 22:55
2 surucu dayanma qaydasini pozub
elik 10 Noyabr 2014 22:55
A Hər iki avtomobilin sürücüsü pozub;
elik 10 Noyabr 2014 22:55
A Hər iki avtomobilin sürücüsü pozub;
xezer 10 Noyabr 2014 22:55
her iki avtomobil pozub
tamerlan 10 Noyabr 2014 22:55
2 ci sekildeki avtomoboil dayanma qayadasini pozub cunki Ucar yazilan plakat ucaradaxil olan erazini gosderir yeni 2 ci sekildeki avtomobil ucara geden yolun eqs istiqametinde dayanib qaydani pozan avtomobil 2 ci sekildeki avtomobildi
Ismayil 10 Noyabr 2014 22:55
Ç avtomobolin surucusu
sabir 10 Noyabr 2014 22:55
2
Ramin 10 Noyabr 2014 22:55
Ç
isa 10 Noyabr 2014 22:55
Cavab:Ç bendI 2 ci avtomobil.
Vusal İmanov 10 Noyabr 2014 22:55
Maddə 52. Dayanma və durmaVI. Nəqliyyat vasitələrinin aşağıdakı yerlərdə durması qadağandır:1 dayanmanın qadağan edildiyi yerlərdə;2 yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində;3 5.1 nişanı ilə işarələnmiş yerlərdə;4 dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda;5 girişin, habelə darvaza qarşısında;6 3.28 yol nişanının və 1.10 nişanlanma xəttinin təsir zonalarında.Şəkildə isə yalnız 5.22 Yaşayış məntəqəsinin baçlanğıcı və 5.23 Yaşayış məntəqəsinin qurtaracağı nişanları görsənir.Hər iki avtomobil hərəkətin nizamlanmamış hissəsində dayanıb və avtomobillərin hərəkətinə maneə törətmir.Deməli fikrimcə cavab B variantıdı:B Heç biri pozmayıb;
Emil Ceferov 10 Noyabr 2014 22:55
heç biri pozmayib
Fərid 10 Noyabr 2014 22:55
B Heç biri pozmayıb
xalid 10 Noyabr 2014 22:55
2
sukur 10 Noyabr 2014 22:55
Hec Biri Dayanma Qaydasini Pozmayib Cunki orada Ne durmaq Ne da yanamaq qadagandir Nisanlari yoxdur
Faiq 10 Noyabr 2014 22:55
4-cu variant duzdur ikinci masinin surucusu masini duzdun yerde saxlamayib
Sevil Zamanova 10 Noyabr 2014 22:55
Vüsal İmanov dastan yazıb burda,axırda cavabı səhv yazıb.kitabdan bura baxıb köçürtmək lazım deyil məncə.əzizim,sol tərəfdə dayanmaq yalnız 1 tərəfli yollarda və yaxud tramvay xəttinin olması səbəbindən sag tərəfdə dayanmaq mümkün olmadıgı halda sol tərəfdə dayanmaq olar.belə olan halda isə 2 ci avtomobil əks istiqamətdə dayanıb,bu isə qanunvericiliklə qadağandır.Ərşad müəllimin Yol hərəkəti haqqında qanunun kommentariyası kitabının 228 ci səhifəsi.
sahid 10 Noyabr 2014 22:55
Ç İkinci avtomobilin sürücüsü pozub.
Elsen 10 Noyabr 2014 22:55
2-ci avtomobil qaydani pozub