Hansı sürücü manevr etmə qaydalarını pozur – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolda nəqliyyat vasitələrinin manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu nəqliyyat vasitələrindən hansının sürücüsü manevr etmə qaydalarını pozur?
A) Hər ikisi;
B) Yük avtomobilinin sürücüsü;
C) Minik avtomobilinin sürücüsü;
D) Heç biri pozmur.
Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» qanunun 49-cu maddəsinin III hissəsinə əsasən, üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Qanunun 42-ci maddəsinin VII hissəsində isə deyilir ki, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Bu iki normanı təhlil etdikdə aydın olur ki, sualın doğru cavabı “C” variantı olacaq: Minik avtomobilinin sürücüsü manevr etmə qaydasını pozur.
Suala ilk doğru cavabı Cavad adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













