Banner

Hansı sürücü piyadalara yol verməlidir?  – YENİ SUAL

Yarışma 25 May 2015 23:58 Oxunub 3185
Hansı sürücü piyadalara yol verməlidir?  – YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız sürücülərlə piyadaların qarşılıqlı münasibətini tənzimləyən qaydalara, konkret olaraq yolayrıcını keçmə zmanı münasibətlərə aiddir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu vəziyyətdə hansı avtomobilin sürücüsü piyadalara yol verməlidir? 

A) Yalnız sağa dönən minik avtomobilinin sürücüsü;

B) Yalnız sola dönən yük avtomobilinin sürücüsü;

C) Hər iki avtomobilin sürücüsü;

D) Sürücülərin heç biri.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

 

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

samir 26 May 2015 23:36
C
celil 26 May 2015 15:05
a
Melikov Füzuli 26 May 2015 14:05
Cavab: A
Bəhruz 26 May 2015 10:05
Cavab C
Elmar 26 May 2015 09:05
C variantı doğrudur.
Hidayət 26 May 2015 08:05
İki tərəf
Cavid Qadirli 26 May 2015 03:05
C varianti
Xancanov seferxan 26 May 2015 01:05
A Yalnız sağa dönən minik avtomobilinin sürücüsü
Maya 26 May 2015 00:05
CavabA