Hansı sürücü yol verməlidir? - SUALIN CAVABI VƏ QALİB AÇIQLANDI

Yarışma 12 Oktyabr 2014 01:49 Oxunub 3305
Hansı sürücü yol verməlidir?  - SUALIN CAVABI VƏ QALİB AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı texniki səbəblər üzündən sentyabrın sonuncu həftəsinin sualının doğru cavabını indii açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nəqliyyat vasitələrinin hansının sürücüsü yol verməlidir?

A) “B” vəziyyətindəki avtomobilin sürücüsü;

B) “A” vəziyyətindəki avtomobilin sürücüsü;

C) Belə vəziyyət yol hərəkəti qaydaları ilə tənzimlənmədiyindən sürücülər öz aralarındakı razılığa əsasən hərəkət etməlidirlər.

Suala verilən cavablar belədir:

 

Anar - B masının surucusu A masınına yol vermelidir

 

Mesut - B masının surucusu A masınına yolvermelidir

 

Rauf - A “B” vəziyyətindəki avtomobilin sürücüsü

 

Arzu - Her iki avtomobil surucusu eyni yoldadir ve eyni istiqamete hereket edirler.Bu halda sag terefde olan avtomobil ustundur, soldaki yol vermelidir.Cavab A-dir. B veziyyetindeki avtomobil surucisu yol vermelidir.

 

Kerimova Xeyale - cavab A varianti

 

Remzi - Variant B

 

Emin - B varianti

 

Vusal Imanov - Her iki avtomobil saqa donduyu ucun soldaki avtomobil saqdakini gozledikden sonra donmelidi.CavaB A “B” vəziyyətindəki avtomobilin sürücüsü;

 

Roshka Kerimov • Cavab B

 

Sarxan Mamedov - Burada eger her sey sekilde gorunduyu kimi donme isaresi iki zolaq uzre hereketi tenzimleyirse donme istiqametindeki yol da hokmen iki zolaqli eyni hereket istiqametli olmalidir.bir zolaqli yola iki zolaqdan da donme gosterile bilmez.yox eger soldaki masin oz hereket zolagi uzre deyil sag zolaqla hereketi davam etdirmek isteyirse onda sagdaki masini gozlemelidir eger o yol verirse kece biler vermirse hetta sag zolaqla arxadan hereket eden diger masinlarin da guzestini gozlemelidir. DIQQET.tek zolaqli yola ancaq tek zolaqdan donme hereketi duzgundur.iki ve daha cox zolaqli yoldan tek zolaqli yola iki ve daha cox zolaqdan donme hereketi qadagandir. Cavab C.

 

Ilkin Aliyev - Cavab A varianti

 

Mehman Salamov - Cavab A

 

Şaiq Məsimov - B veziyyətində olan sürücü yol verməlidir.

 

Lamiye Tagiyeva - Tebii ki, B avtomobili yol vermelidi.

 

Amal Xudayarov - Cavab C

 

Sualın doğru cavabı isə belədir: Gördüyünüz şəkildə hər iki nəqliyyat vasitəsinin sağa dönməsinə icazə verilir. «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin V hissəsində deyilir ki, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Deməli, doğru cavab “A” variantıdır:  “B” vəziyyətindəki avtomobilin sürücüsü özündən sağdakı avtomobilə yol verməlidir.

Həftənin qalibi Anar adlı oxucumuzdur. Onun cavabı belədir: B masının surucusu A masınına yol vermelidir. Anarı təbrik edirik və 20 manatlıq hədiyyə kartını əldə etmək üçün 055 335 15 59 saylı telefona zəng etməsini xahiş edirik.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh