Hansı trayektoriya üzrə geriyə dönə bilər? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavağını və ilk doğru verən şəxsin adını açıqlayır. Budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Sürücü geriyə dönmə manevrini hansı trayektoriya üzrə edə bilər?
A) Heç biri ilə, çünki bu yolayrıcında geriyə dönmə qadağandır;
B) Yalnız “A” trayektoriyası üzrə;
C) Hər iki trayektoriya üzrə;
D) Yalnız “B” trayektoriyası üzrə.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 65-ci maddəsinin 4-cü hissəsində deyilir ki, 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Ona görə də şəkildəki 4.1.1 nişanı soldan birləşən yolun ayırıcı zolağınadək qüvvədədir. Deməli, sualın doğru cavabı “D” variantı olacaq: Sürücü geriyə dönmə manevrini yalnız “B” trayektoriyası üzrə edə bilər.
Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













