Banner

Hansı trayektoriya üzrə geriyə dönməlidir? – SUALIN CAVABI

Yarışma 12 May 2015 00:14 Oxunub 2470
Hansı trayektoriya üzrə geriyə dönməlidir? – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının qalibinin kimliyini və doğru cavabı təqdim edir. Sual geriyə dönmə manevri ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir: Sürücü geriyə dönmə manevrini hansı trayektoriya üzrə həyata keçirməlidir? 

A) Yalnız 2-ci trayektoriya üzrə;

B) Yalnız 1-ci trayektoriya üzrə;

C) Hər iki trayektoriya üzrə.

Sualın ilk doğru cavabını Əzim adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın daha dəqiq və izahlı cavabı isə belədir: «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 7-ci hissəsində deyilir ki, elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Sürücü geriyə dönməni 1-ci trayektoriya üzrə icra etsə, bu qaydanı pozmuş olar, çünki belə olduqda onun sol tərəfindən gələn yolun əks istiqamətli hərəkət zolağına çıxmış olur. Amma 2-ci trayektoriya ilə dönmədə belə problem yaranmır. Deməli, sualın doğru cavabı “A” variantı olacaq:  Sürücü geriyə dönmə manevrini yalnız 2-ci trayektoriya üzrə həyata keçirə bilər .

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh