Banner

Hansı trayektoriya üzrə sağa dönə bilər? – SUALIN CAVABI

Yarışma 26 Yanvar 2015 18:14 Oxunub 3353
Hansı trayektoriya üzrə sağa dönə bilər? – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belə idi:

Bu nəqliyyat vasitəsinin sürücüsü hansı trayektoriya üzrə sağa dönmə manevrini edə bilər? 

A) 2-ci trayektoriya üzrə;

B) 1-ci trayektoriya üzrə;

C) Bu trayektoriyalardan heç biri üzrə edə bilməz;

Ç) Bu trayektoriyalardan hər ikisi üzrə.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 7-ci hissəsində deyilir ki, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Ona görə də yolayrıcında sağa dönən sürücü döndükdən sonra yolun yalnız birinci  (ən sağdakı) hərəkət zolağına çıxaraq hərəkətini davam etdirməlidir. Birbaşa 2-ci zolağa dönmə kobud və təhlükəli qayda pozuntusudur. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Bu nəqliyyat vasitəsinin sürücüsü sağa dönmə manevrini yalnız 1-ci  trayektoriya üzrə edə bilər. Bu həftənin sualının ilk doğru cavabını Elvin adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh