Banner

Hərəkəti bu istiqamətdə davam etdirə bilər – SUALIN CAVABI

Yarışma 27 Oktyabr 2014 13:40 Oxunub 3702
Hərəkəti bu istiqamətdə davam etdirə bilər – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu avtomobilin sürücüsü hərəkətini hansı istiqamətdə davam etdirə bilər?

A) Bütün istiqamətlərdə;

B) Yalnız A və B istiqamətlərində;

C ) Yalnız A, B və Ç istiqamətlərində;

Ç) Yalnız C və Ç istiqamətlərində.

Suala oxucular tərəfindən verilən cavabları təqdim edirik:

 

Vusal Ehmedov - cavab C variantidir

 

Vusal Imanov - Burada 3.18.2 Sola dönmək qadağandır nişanı qoyulmuşdur.Bu nişan yalnız sola dönməni qadağan edir.digər əməliyyatlara heç bir məhdudiyyət yoxdur.Amma yerdəki zolaqlar hərəkətin bir istiqamətdə olduğunu görsədir.Ona görədə sağa və düzünə hərəkət edə bilər.Cavab B Yalnız A və B istiqamətlərində;

 

Nemət – A-B

 

Asif - Variant C – Düz, saga və geriyə

 

Konul Azad - Cavab B variantı, yəni, duz ve saga

 

Vusal Hajievv - Şəkildə görülən nişan yəni 3.18.2 nişanı "Sola dönmək qadağandır", lakin geriyə dönməyə isə icazə verir.Belə halda doğru cavab düşündüyümə görə "C variant"ı daha uyğun gəlir.Bu nişanın tələbinə görə geriyə, sağa, düz getmək qadağan deyil.

 

Xaliq Ibadov - C

 

Zahir Valiyev - Sola dönməni qadağan edən nişan geriyə dönməni qadağan etmir. Ona görə düzgün cavab A,B və Ç istiqamətlərində yəni C variantı

 

Ramin Haciyev - Fikrimce cavab B) Yalniz A ve B istiqametleri

 

Rufat Hasanov - C

 

Sualın boğru cavabı belədir: Şəkildə görünən 3.18.2 «Sola dönmək qadağandır» nişanı adına uyğun olaraq qarşısında qoyulduğu yolayrıcında sadəcə sola dönməni qadağan edir, başqa istiqamətlərdə hərəkətə dair hər hansı tələb irəli sürmür. Ona görə də şəkildəki yolayrıcında sola dönmə istisna olmaqla, qalan istiqamətlərdə hərəkət qaydasındadır. Deməli, doğru cavab “C” variantıdır: Bu avtomobilin sürücüsü hərəkətini yalnız A, B və Ç istiqamətlərində davam etdirə bilər.

Sualı ilk və doğru cavablandıran oxucumuz Asif olub. Onu təbrik edirik və hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etməsini xahiş edirik.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 10 Noyabr 2014 22:55
Cavab Duz,Ve,Sagadi