Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – BİR NƏFƏR QALİB GƏLDİ

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:
İcazə verilmiş maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?
A) Yalnız düzünə və ya geriyə;
B) Yalnız sağa və ya sola;
C) Bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə).
Sualın ilk doğru cavabını Sadiqov İsmayil adlı oxucumuz verib. Qalibimizi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335-15-59 nömrəsinə zəng etmək xahiş olunur.
İndi isə sualın daha dəqiq və izahlı cavabını təqdim edirik: Şəkildə verilən 4.4 “Minik avtomobillərinin hərəkəti” nişanı bu nişanla işarələnmiş yolda icazə verilmiş maksimum kütləsi 3,5 tonadək olan yük avtomobillərinin də hərəkətinə icazə verir. 7.3.3 “Qüvvədə olma istiqaməti” nişanı isə 4.4 nişanının qüvvədə olma istiqamətini göstərir. Bu yolayrıcında hər hansı istiqamət üzrə şəkildəki yük avtomobilinin hərəkətini qadağan edən səbəb yoxdur. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: İcazə verilmiş maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə) davam etdirə bilər .
QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO












