Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? -DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini açıqlayır. Sual nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydası ilə ilə bğlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
İcazə verilən maksimum kütləsi 8 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?
A) Yalnız “C” istiqamətində (sola);
B) “A”-dan başqa bütün istiqamətlərdə (düzünə, sola və ya geriyə);
C) Yalnız “C” və ya “Ç istiqamətində (sola və ya geriyə);;
D) bütün istiqamətlərdə.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin 5-ci hissəsində deyilir ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. Ona görə də icazə verilən maksimum kütləsi 8 ton olan yük avtomobili bu yolayrıcında yalnız sola və ya geriyə dönmək üçün 3-cü zolağa çıxa bilər. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: İcazə verilən maksimum kütləsi 8 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini yalnız “C” və ya “Ç istiqamətində (sola və ya geriyə) davam etdirə bilər.
Sualın ilk doğru cavabını Sabina Xanım adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













