Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – SUALIN DOĞRU CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və cavabı ilk yazan şəxsin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevrlərin yerinə yetirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Bu avtomobilin sürücüsü yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?
A) Düzünə istisna olmaqla, qalan bütün (sağa, sola və ya geriyə) istiqamətlərdə;
B) Yalnız sağa;
C) Yalnız sola və geriyə;
D) Yalnız sola.
Sualın cavabı belədir: Bu yolayrıcında 4.1.6 “Sağa və ya sola hərəkət” nişanı quraşdırılıb. Lakin “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələbunə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Şəkildəki nəqliyyat vasitəsi həmin istiqamətdə hərəkət üçün ən sol zolaqda yerləşib. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu avtomobilin sürücüsü yolayrıcında hərəkətini yalnız sola və geriyə davam etdirə bilər.
Sualın ilk doğru cavabını Zamin Cümşüdov adlı oxucumuz verib.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












