Hərəkəti hansı sürətlə davam etdirə bilər? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və ilk doğru cavab verib qalib gəlmiş oxucunun adını açıqlayır. Sualımız nişanlarala bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Qabaqdakı yolayrıcından sonra minik avtomobili hərəkətini hansı sürətlə davam etdirə bilər?
A) 70 km/saat-dan çox olmayan;
B) 90 km/saat-dan çox olmayan;
C) 100 km/saat-dan çox olmayan.
Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin 6-cı hissəsinə əsasən, 3.24 nişanının qüvvəsi qarşısında müvafiq nişanlar qoyulmamış ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində itmir. Deməli, bu nişan qoyulan ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində 3.24 nişanı qüvvəsini itirir. Şəkildə isə birləşən yolun ikinci dərəcəli olduğunu bildirən 2.3.2 “İkinci dərəcəli yolun birləşməsi” nişanı var. Ona görə də qabaqdakı yolayrıcında 3.24 nişanı qüvvədən düşür və Qanunun 50-cı maddəsinin 2-ci hissəsinə uyğun sürət rejimi mövcuddur. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Qabaqdakı yolayrıcından sonra minik avtomobili hərəkətini 90 km/saat-dan çox olmayan sürətlə davam etdirə bilər.
Suala ilk doğru cavabı Anar Bayramoğlu verib. Onu təbrik edirik. Avtosfer.az-dan 10 manatlıq danışıq kartını əldə etmək üçün 055 335 15 59-a zəng etmək xaşiş olunur.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













