Banner

Hərəkəti hansı sürətlə davam etdirə bilər? –SUALIN CAVABI

Yarışma 16 Fevral 2015 17:50 Oxunub 2695
Hərəkəti hansı sürətlə davam etdirə bilər? –SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Şəkildəki minik avtomobilinin sürücüsü gördüyünüz istiqamətlərdən hər biri üzrə hərəkətini hansı yol verilən maksimal sürətlə davam etdirə bilər? 

A) Hər iki istiqamət üzrə 90 km/saat-dan artıq olmayan sürətlə;

B) “A” istiqaməti üzrə 90 km/saat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 60 km/saat-dan artıq olmayan sürətlə;

C) “A” istiqaməti üzrə 60 km/saat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 km/saat-dan artıq olmayan sürətlə;

Ç) Hər iki istiqamət üzrə 60 km/saat-dan artıq olmayan sürətlə.

Suala ilk doğru cavabı Samir verib. Onu təbrik edirik. 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək xahiş olunur.

İndi isə sualın daha dəqiq və geniş cavabı ilə tanış olaq:

«Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 49-cu bəndinə əsasən, yaşayış məntəqəsinin başlanğıcını bildirən göy fonlu 5.24 nişanı həmin yolun bu yaşayış məntəqəsindən keçən hissəsində yol hərəkəti qaydalarının yaşayış məntəqələrində hərəkətə dair tələblərinin qüvvədə olmadığını göstərir. Lakin sualda təqdim olunan şəkildə 5.24 nişanından sonra yaşayış məntəqəsinin ərazisinə keçən şaxələnmə var. Belə halda şaxələnən yolda (küçədə) hərəkət qaydalarının yaşayış məntəqələrinə dair tələblərinə riayət edilməlidir. Beləliklə, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin sürət rejimi ilə bağlı tələbini nəzərə almaqla deyə bilərik ki,  şəkildəki avtomobil “A” istiqamətində hərəkət edərkən yaşayış məntəqələrinə dair tələblərə riayət etməlidir, “B” istiqaməti üçün isə belə tələblər qüvvədə deyil. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Şəkildəki minik avtomobilinin sürücüsü “A” istiqaməti üzrə 60 km/saat-dan artıq olmayan, “B” istiqaməti üzrə isə 90 km/saat-dan artıq olmayan sürətlə hərəkətini davam etdirə bilər .

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh