Hərəkəti sola davam etdirmək üçün nə etməlidir? - DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
İcazə verilən maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında hərəkətini sola davam etdirmək üçün nə etməlidir?
A) Yolayrıcında sola dönərək hərəkətini davam etdirməlidir;
B) Yolayrıcını yalnız düzünə keçməli, qabaqda qadağan edilməyən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və sağa dönərək hərəkətini davam etdirməlidir;
C) Yolayrıcını düzünə keçərək dərhal dayanmalı, geriyə hərəkət edərək sağdan birləşən yola çıxmalı, daha sonra düzünə hərəkət edərək nəzərdə tutduğu istiqamətə getməlidir.
Sualın doğru cavabı belədir: Şəkildəki 7.4.1 lövhəciyi 4.1.1 nişanının tələbinin yalnız icazə verilən maksimal kütləsi 3,5 tondan artıq olan yük avtomobilinə aid olduğunu bildirir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: İcazə verilən maksimum kütləsi 3 ton olan yük avtomobilinin sürücüsü bu yolayrıcında sola dönərək hərəkətini davam etdirməlidir. Suala ilk doğru cavabı Namiq adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını hədiyyə olaraq əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












