Reklam

Hərərkəti hansı istiqamətlər üzrə davam etdirmək olar? – SUALIN DOĞRU CAVABI

Yarışma 5 Yanvar 2015 16:06 Oxunub 2801
Hərərkəti hansı istiqamətlər üzrə davam etdirmək olar? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Orta hərəkət zolağında olan avtomobilin sürücüsü bu yolayrıcında hərərkətini hansı istiqamətlər üzrə davam etdirə bilər?

A) Bütün istiqamətlər üzrə;

B) Yalnız B, C və D istiqamətləri üzrə;

C) Yalnız B və C istiqamətləri üzrə;

Ç) Yalnız B və D istiqamətləri üzrə.

Suala ilk və doğru cavabı Fərid adlı oxucu yazıb: «Cavab c. yalniz B ve C istiqametinde geriye en yaxin sol zolaqdan donmek olar». Qalibimizi təbrik edirik. Hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək xahiş olunur.

Sualın daha dəqiq cavabı isə belədir: Şəkildə gördüyünüz orta hərəkət zolağı üzərində olan 5.8.2 “Zolaqda hərəkət istiqaməti” nişanı bu hərəkət zolağında hərəkəti düzünə və sola davam etdirməyə icazə verir. QOST 23457-86-nın tələblərinə əsasən, ən sol zolaqda sola dönməyə icazə verən 5.8.1 nişanı geriyə də dönməyə icazə verir. Lakin bizim sual orta zolaqda (soldan ikinci zolaqda) olan nəqliyyat vasitəsinin hərəkətinə aiddir. Bu zolaqda olan nəqliyyat vasitəsinin isə geriyə dönməsinə icazə verilmir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Orta hərəkət zolağında olan avtomobilin sürücüsü bu yolayrıcında hərəkətini yalnız B və C istiqamətləri üzrə davam etdirə bilər.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh