Banner

Kim birinci keçməlidir? -  SUALIN DOĞRU CAVABI

Yarışma 16 Mart 2015 16:19 Oxunub 4687
Kim birinci keçməlidir? -  SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sulaına verilən doğru cavabı və qalibin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolayrıcını keçmə qaydası ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu yolayrıcını hansı nəqliyyat vasitəsi ilk olaraq keçməlidir? 

A) Sağdan yxınlaşan 1-ci nəqliyyat vasitəsi, çünki o, yolayrıcına daha yaxındır;

B) 2-ci nəqliyyat vasitəsi, çünki onun getdiyi yol enlidir və baş yoldur;

C) 1-ci nəqliyyat vasitəsi, çünki o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır;

Ç) Bu vəziyyətdə sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Suala ilk və doğru cavabı Taleh Şahsuvarlı verib: «İşarə onu gösterir ki, qarşıda eyni əhəmiyyətli yolların kəsişməsi var. Bu zaman işarəyə görə sürücü özünü ikinci dərəcəli yolda hiss etməli və sağdan gedən maşına yol verməlidir». Qalibi təbrik edirik və «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

Sualın tam dolğun cavabı isə belədir: «Şəkildə eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcı verilib, çünki həmin yolayrıcından əvvəl 1.6.1 “Eyni əhəmiyyətli yolların kəsişməsi” xəbərdarlıq nişanı qoyulub və svetofor yoxdur. Həmin yolayrıcında keçmə ardıcıllığını müəyyən edən üstünlük nişanları da yoxdur. “Yol hərəkəti haqqında” Qanunun 77-cı maddəsinin 3-cü hissəsinə əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcını keçərkən relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Bu yolayrıcını ilk olaraq 1-ci nəqliyyat vasitəsi keçməlidir, çünki o, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşır».

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

moc747 10 Noyabr 2014 22:55
salam
anar 10 Noyabr 2014 22:55
1-ci avtomobil
murad 10 Noyabr 2014 22:55
1 cunki eger boyuk yoldusa ve O uzun yolun sagindan solundan masin yolu varsa o duz yoladan kecmeye qoymalidirlar
murad 10 Noyabr 2014 22:55
1 uzun cunki znak var