Kim qaydalara uyğun hərəkət edir? – SUALIN DOĞRU CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayıb. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanlarının qüvvəsi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Bu yolayrıcında müvafiq istiqamətdə dönmə manevri edən sürücülərdən hansı qaydalara uyğun hərəkət edir?
A) Onların hər ikisi;
B) Onların heç biri;
C) Motosikletin sürücüsü;
D) Avtomobilin sürücüsüi.
Sualın ilk doğru cavabını Vüsal Hacıyev adlı oxucumuz verib. Onu təbrik edirik.
Sualın daha dolğun cavabı isə belədir: Bu yolayrıcında müvəqqəti quraşdırılmış 4.1.1 “Düzünə hərəkət” nişanı yalnız düzünə hərəkət etməyə icazə verməklə digər istiqamətlərdə hərəkəti qadağan edir. Yol hərəkəti qaydalarana görə isə svetoforun siqnalları məcburi hərəkət istiqaməti nişanlarının qüvvəsinə təsir etmir. Deməli, bu yolayrıcında hər iki nəqliyyat vasitəsi yalnız düzünə hərəkət edə bilər, lakin onların heç biri bunu etmir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Bu yolayrıcında müvafiq istiqamətdə dönmə manevri edən sürücülərdən heç biri qaydalara uyğun hərəkət etmir.
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













