Banner

Kim yol verməli idi? – SUALIN DOĞRU CAVABI AÇIQLANDI

Yarışma 8 Dekabr 2014 14:53 Oxunub 2820
Kim yol verməli idi? – SUALIN DOĞRU CAVABI AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belə idi: 

Kim yol verməlidir?

A) Dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan «B» avtomobilin sürücüsü;

B) Dairədə hərəkətdə olan «A» avtomobilin sürücüsü;

C) Bu vəziyyət qaydalarla tənzimlənmədiyindən sürücülər öz aralarındakı razılığa uyğun hərəkət etməlidirlər.

Ötən həftənin sualı sürücülərin adət etdiyi testlərdən bir qədər fərqli oldu. Ona görə də böyük marağa səbəb olub. Suala həm saytda, həm də facebookda yüzlərlə oxucumuz cavab verib. Sualı cavablandıran hər kəsə minnətdarlığımızı bildiririk. Sevindirici haldır ki, cavabların əksəriyyəti doğru cavablardır. Ərşad Hüseynov özünün tərtib etdiyi suala cavabı da özü açıqlayır: «Sualın böyük marağa səbəb olduğunu nəzərə alaraq, bir qədər əhatəli cavab vermək istəyirəm.

Şəkildə dairəvi hərəkət təşkil edilmiş yolayrıcı verilib. Bu yolayrıcında birləşən yollardan ikisi və dairənin bir hissəsi üstünlük nişanları vasitəsilə baş yol kimi işarələnib. Şəkildə gördüyümüz və trayektoriyaları kəsişən hər iki avtomobil baş yoldadır. “A” avtomobilin sürücüsü dairədə hərəkətini davam etdirmək istəyir. Bu zaman o, baş yolda olsa da, dairənin 2-ci dərəcəli yol kimi işarələnən hissəsinə keçəcək. “B” avtomobilin sürücüsü dairəyə daxil olmaq istəyir. O, baş yolda olsa da, dairəyə daxil olduqdan sonra yeganə hərəkət edə biləcəyi istiqamət sağadır. Bu istiqamətdə isə o da dairədə 2-ci dərəcəli yola çıxacaqdır. Deməli, hər iki avtomobilin sürücüsü sonrakı hərəkətini 2-ci dərəcəli yolda davam etdirəsi olacaq. Belə şəraitdə “Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin XV hissəsini, habelə nişanların tətbiqi qaydalarını (QOST 23457-86) nəzərə alaraq dairəyə daxil olanların dairə boyunca hərəkət edənlərə yol vermək vəzifəsi nəzərdə tutulması məntiqlidir. Şəkildə verilmiş halda yol hərəkəti məhz belə təşkil edilmişdir. “B” avtomobil  qarşısına 2.4 “Yol verin” nişanı qoyulmuşdur (bu nişanın arxadan silueti şəkildə aydın görünür). Bu nişan həmin istiqamətdən dairəyə birləşən yol üçün baş yolun bitdiyini və dairə boyunca hərəkət edənlərə yol veriməli olduğunu bildirir. Deməli, doğru cavab “A” variantıdır: Dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan «B» avtomobilin sürücüsü yol verməlidir».

Çoxlu sayda doğru cavablardan ilk olanını Hijran Guliyev adlı oxucumuz verib. Hicran bəyi qalib olması münasibətilə təbrik edirik. «Repsol» yağlarından 20 manatlıq hədiyyəyə sahib olmaq üçün 055 335 1559-a zəng etmək xahiş olunur. Qalibi təbrik edirik. Fəallıq göstərən hər bir oxucuya da təşəkkürümüzü bildiririk.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Asif 10 Noyabr 2014 22:55
cavab A bendi, b aftomobili yol vermelidir
Elçin 10 Noyabr 2014 22:55
Şəkildə gördüyümüz və trayektoriyaları kəsişən hər iki avtomobil baş yoldadır. Bu necə mümkündür ki, B avtomobilinin qarşısında yol ver nişanı qoyulub Baş yolla dairəyə daxil olan avtomobil gözləmədən keçməlidir.
Anar 10 Noyabr 2014 22:55
Dairəyə girən avtomobil hərəkətin davam etməlidi, cavab A