Kim yol verməlidir – SUALIN CAVABI və QALİB AÇIQLANDI

Yarışma 8 Sentyabr 2014 13:53 Oxunub 4334
Kim yol verməlidir – SUALIN CAVABI və QALİB AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin  sualına verilən cavabları və doğru cavabı təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: 

Şəkildə gördüyünüz boz rəngli avtomobilin sürücüsü səkinin yanında dayandığı yerdən hərəkətə başlamaq istəyir. Qırmızı rəngli avtomobilin sürücüsü isə sağa yerdəyişmə edərək səkinin yanında dayanmaq istəyir. Bu nəqliyyat vasitələrindən hansının sürücüsü yol verməlidir?

A) Boz rəngli avtomobilin sürücüsü;

B) Qırmızı rəngli avtomobilin sürücüsü;

C) Bu vəziyyəti yol hərəkəti qaydaları tənzimləmədiyindən sürücülər öz aralarında razılaşmaya uyğun hərəkət etməlidirlər.

Oxucuların yazdığı sualları və doğru cavabı sizlərə təqdim edirik:

 

Elmir - menim cavabım B bendidir

 

Emin - Eyni istiqamətdə paralel hərəkət edən hər iki nəqliyyat vasitəsi eyni vaxtda zolağı dəyişmək qərarına gəliblərsə sağ tərəfdə olan nəqliyyat vasitəsinə yol verilməlidir. Yəni qirmizi rəngdə olan NV ağ rəngdə olan NV-nə yol verməlidir.

 

Vamiq - Boz

 

Samir - Qirmizi mashin yol vermelidir

 

Tamerlan - Boz rengli masinin surucusu yol vermelidi

 

Zülfəli – A. Boz rəngli avtomobilin sürücüsü;

 

Farid - İki minik avtomobili eynaxta yerdeyisme etmek isdeyerse sagda ki avtomobil ustunluye malikdir burda qirmizi avtomobil ag avtomobile yol vermeli sonra ozu yerdeyismeni etmelidir

 

Arzu - A- hərəkətə bashlamaq isteyen boz rengli avtomobilin surucusu yol vermelidir.

 

Əbülfət - Boz maşın yol verməlidir. Çunku yol kənarında dayanmış mashin hərəkətə başlamadan öncə hərəkətdə olan maşına yol verməlidir.

 

Nail - Eyni derceli yolda her iki neqliyyat veasitesinin huququ eyni oldugu zaman sagdaki avtomobile yol verilmeldir sagdaki bos rengli olduguna gore qirmizi boza yol vermelidir

 

Azer - A varianti

 

Elçin - A. Boz rengli avtomobil yol vermelidir. Cunki yolun kenarindan herekete baslayan surucu hereketde olan diger masinlara yol vermelidir

 

Vusal İmanov - Boz avotmobil durduqu yerden esas yola cixmaq istediyi ucun soldan gelen avtomobile yol verib sonra kecmelidir. Cavab, A variantidi.

 

Elmin - Cavab B.

 

Elgun Hesenov - Qırmız maşın Boz maşının sol tərəfindən ötmə əməliyyatı apardığı üçün yol Qırmız maşınındı.

 

Samil Suleymanov - Qirmizi

 

Vusal Hajievv - Cavab A varianti. Yolun sağ kənarından hərəkətə başlamazdan öncə sürücü əmin olmalıdır ki, o, bu manevrlə hərəkətin digər iştirakçıları üçün təhlükə və mane yaratmır (m.42.1) .Ona görə də yolun sağ kənarından hərəkətə başlamaq istəyən sürücü hərəkətdə olan avtomobilə (yolun sağ kənarında dayanmaq istiyən avtomobilə) yol verməlidir..

 

Farid Rafiyev - cavab B

 

Rustem Rustemov - Sagdaki mawin yol vermälidir.

 

Elchin Ganbarov - Bu şəkildə iki vəziyyət mümkündür: Birincisi boz avtomobil yolun sağ kənarında saxlayıb(yaşayış məntəqəsində) və hərəkətə başlamaq istəyir, bu halda boz avtomobil yol verməlidir. İkincisi odur ki, boz avtomobil sağ zolaqda hərəkət edir və ikinci zolağa keçmək istəyir, bu halda sağ zolağa keçmək istəyən qırmızı avtomobil yol verməlidir.

 

İndi isə sualın doğru cavabını təqdim edirik: Bu sual yol hərəkəti qaydalarının çox mühüm prinsiplərindən biri ilə bağlıdır. Həmin prinsipə əsasən, dayanmış nəqliyyat vasitəsinin sürücüsü dayandığı yerdən hərəkətə başlamaq istəyərkən hərəkətdə olan və mane ola biləcəyi istənilən nəqliyyat vasitəsinə (hətta velosipedə də), habelə piyadalara onların hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir. Bu prinsipin məntiqi odur ki, dayanmış nəqliyyat vasitəsinin hərəkətə başlaması hərəkətdə olanlar üçün qəflətən və gözlənilməz çətinlik yarada bilər, ona görə də dayandığı yerdə yol vermək ən yaxşı variantdır. Bununla bağlı müddəa “Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin IV hissəsində təsbit edilib. Bizim sualda da boz rəngli avtomobilin sürücüsü səkinin yanında dayandığı yerdən hərəkətə başlamaq istəyir, qırmızı rəngli avtomobilin sürücüsü isə sağa yerdəyişmə edərək səkinin yanında dayanmaq istəyir. Onların trayektoriyası kəsişəcəyindən qeyd etdiyimiz qaydaya uyğun olaraq, boz rəngli avtomobilin sürücüsü yol verməlidir. Deməli, doğru cavab “A” variantıdır.

Sualın ilk və əhatəli düzgün cavabını Vüsal İmanov adlı oxucu verib. O, artıq ikinci dəfədir ki, Avtosfer.az-ın qalibi olur. Təbrik edirik!

Hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefonu zəng etmək lazımdır.

 

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Qirmizi 10 Noyabr 2014 22:55
Qirmizi yol vermelidir