Ötmə manevri edə bilərmi? – SUALIN DOĞRU CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:
Şəkildəki minik avtomobilinin sürücüsü ötmə manevri edə bilərmi?
A) Ötməni yolayrıcına qədər tam başa çatdıra bilsə, edə bilər;
B) Hər bir halda edə bilər;
C) Heç bir halda edə bilməz.
Sualın ilk doğru cavabını Orxan adlı oxucumuz verib. Qalibimizi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.
Sualın doğru cavabı belədir: Şəkildə gördüyünüz 2.3.1 “İkinci dərəcəli yolla kəsişmə” nişanı qabaqdakı yolayrıcında kəsişən yolun ikinci dərəcəli yol olduğunu bildirir. “Yol hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinə əsasən, nizamlanmayan yolayrıclarında baş yol olmayan yolla hərəkət etdikdə ötmə qadağandgr. Lakin bu şəkildə baş yolla hərəkət edən nəqliyyat vasitəsinin ötmə manevri verilir. Deməli, bu halda yolayrıcında da ötmə qaydalar çərçivəsindədir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Şəkildəki minik avtomobilinin sürücüsü hər bir halda (yəni həm yolayrıcınadək başa çatmaqla, həm də yolayrıcından sonra başa çatmaqla) ötmə manevri edə bilər.
QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO












