Qarşısında bu nişanları görən sürücü nə etməlidir?– SUALIN CAVABI

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:
Qarşısında bu nişanları görən sürücü nə etməlidir?
A) Getdiyi hərəkət hissəsinin sol zolağına yerdəyişmə edərək hərəkətini davam etdirməlidir;
B) Qabaqda ayırıcı zolaqdakı kəsikdən qarşı hərəkət hissəsinə keçərək hərəkətini düzünə davam etdirməlidir;
C) Getdiyi hərəkət hissəsində hərəkət qadağan edildiyindən qabaqda ayırıcı zolaqdakı kəsikdən geriyə dönməlidir.
Sualın ilk doğru cavabını Nurlan adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur.
İndi isə gəlin, sualın daha dəqiq və izahlı cavabı ilə tanış olaq:
Şəkildə 5.34.1 “Başqa işlək hissəyə yerdəyişmənin ikin göstəricisi”, 3.2 “Hərəkət qadağandır” və 1.31.2 “Döngənin istaiqaməti” nişanları verilib. Həmin nişanlar sağ hərəkət hissəsində hərəkətin qadağan olunduğunu və ayırıcı zolaqdakı kəsikdən sol hərəkət hissəsinə keçərək hərəkəti orada davam etdirməyin zəruriliyini bildirir. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Qarşısında bu nişanları görən sürücü qabaqda ayırıcı zolaqdakı kəsikdən qarşı hərəkət hissəsinə keçərək hərəkətini düzünə davam etdirməlidir.
QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO












