Banner

Qarşısında bu nişanları görən sürücü nə etməlidir? - YENİ SUAL

Yarışma 20 Aprel 2015 19:59 Oxunub 3137
Qarşısında bu nişanları görən sürücü nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sualını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Qarşısında bu nişanları görən sürücü nə etməlidir? 

A) Getdiyi hərəkət hissəsinin sol zolağına yerdəyişmə edərək hərəkətini davam etdirməlidir;

B) Qabaqda ayırıcı zolaqdakı kəsikdən qarşı hərəkət hissəsinə keçərək hərəkətini düzünə davam etdirməlidir;

C) Getdiyi hərəkət hissəsində hərəkət qadağan edildiyindən qabaqda ayırıcı zolaqdakı kəsikdən geriyə dönməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Nurlan 10 Noyabr 2014 22:55
B Qabaqda ayırıcı zolaqdakı kəsikdən qarşı hərəkət hissəsinə keçərək hərəkətini düzünə davam etdirməlidir;
Rafət 10 Noyabr 2014 22:55
B.bəndi
QURBAN 10 Noyabr 2014 22:55
B varianti
Eliqismet 10 Noyabr 2014 22:55
Salam . Sualin cavabi B variantidir.! Tel nomrem 0505450070 Elaqe ucun
Arif 10 Noyabr 2014 22:55
C