Sağa dönən avtomobilin sürücüsü nə etməlidir? – SUALIN CAVABI

Avtosfer.az ötən həftənin sualının doğrunu cavabını və qadib gəlmiş şəxsin adını açıqlayır. Sual nəqliyyat vasitələri ilə yolayrıcını keçmə, habelə manevr qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:
Bu yolayrıcında sağa dönən nəqliyyat vasitəsinin sürücüsü nə etməlidir?
A) Yük avtomobilinin keçib getməsini gözləmədən dönməlidir;
B) Yük avtomobilinə mane olmamaqla, onun keçib getməsini gözləmədən dönməlidir;
C) Hər bir halda yük avtomobili keçib getdikdən sonra dönməlidir;
Ç) Yük avtomobilinin ona yol verdiyinə əmin olduqdan sonra yolayrıcını ilk olaraq keçməlidir.
Sualın ilk doğru cavabını Afiq adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəsinə zəng etmək xahiş olunur.
İndi isə gəlin, sualın daha dəqiq və izahlı cavabı ilə tanış olaq: Sağa dönən nəqliyyat vasitəsi sürücüsünün qarşısındakı 2.4 “Yol verin” nişanı həmin sürücünün bu yolayrıcında baş yolla hərəkət edən nəqliyyat vasitəsi varsa, ona yol verməli olduğunu bildirir. Lakin “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 41-ci bəndindən aydın olur ki, yol vermək sürücünün maneə ola biləcəyi nəqliyyat vasitəsinə güzəşt etməyə borclu olması deməkdir. Şəkildəki vəziyyətdə isə dönən sürücünün çıxdığı yolun birinci (ən sağdakı) hərəkət zolağında nəqliyyat vasitəsi yoxdur. Həmin yolda olan yük avtomobili isə ikinci zolaqla düzünə hərəkət edir. Dönən minik avtomobilinin sürücüsü həmin yük avtomobilinə mane olmamaqla bu manevri icra edə bilərsə, yol vermək üçün dayanmaq zəruri deyil. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq: Bu yolayrıcında sağa dönən nəqliyyat vasitəsinin sürücüsü yük avtomobilinə mane olmamaqla, onun keçib getməsini gözləmədən dönməlidir.
QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO












