Sağa dönən avtomobilin sürücüsü nə etməlidir? - YENİ SUAL

Yarışma 6 Aprel 2015 20:38 Oxunub 3960
Sağa dönən avtomobilin sürücüsü nə etməlidir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az bu həftənin sulaını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız nəqliyyat vasitələri ilə yolayrıcını keçmə, habelə manevr qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu yolayrıcında sağa dönən nəqliyyat vasitəsinin sürücüsü nə etməlidir? 

A) Yük avtomobilinin keçib getməsini gözləmədən dönməlidir;

B) Yük avtomobilinə mane olmamaqla, onun keçib getməsini gözləmədən dönməlidir;

C) Hər bir halda yük avtomobili keçib getdikdən sonra dönməlidir;

Ç) Yük avtomobilinin ona yol verdiyinə əmin olduqdan sonra yolayrıcını ilk olaraq keçməlidir.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Afiq 10 Noyabr 2014 22:55
B Yük avtomobilinə mane olmamaqla, onun keçib getməsini gözləmədən dönməlidir;
ILqar 10 Noyabr 2014 22:55
Salam menim avtomobilimi adima kecirmeyimim dovlet qiymeti neceyedir
Nusret 005 10 Noyabr 2014 22:55
CAVAB A VARIANTI
vusal imanov 10 Noyabr 2014 22:55
C Hər bir halda yük avtomobili keçib getdikdən sonra dönməlidir
Vusal Imanov 10 Noyabr 2014 22:55
C Hər bir halda yük avtomobili keçib getdikdən sonra dönməlidir;
Vusal Imanov 10 Noyabr 2014 22:55
C Hər bir halda yük avtomobili keçib getdikdən sonra dönməlidir;
eliyeva aynur 10 Noyabr 2014 22:55
C bendi
Şixəliyev Rafət 10 Noyabr 2014 22:55
Ç bəndi.yük avtomobilinin ona yol verdiyinə əmin olduqdan sonra yol ayrıcını ilk olaraq keçə bilər.çünki hərəkət trayaktoriyalari başqadı
Şixəliyev Rafət 10 Noyabr 2014 22:55
Ç bəndi.yük avtomobilinin ona yol verdiyinə əmin olduqdan sonra yol ayrıcını ilk olaraq keçə bilər.çünki hərəkət trayaktoriyalari başqadı
Vusal883 10 Noyabr 2014 22:55
duzgun cavab B variantdir.
anar abdullayev 10 Noyabr 2014 22:55
Cavab: B
Tural 10 Noyabr 2014 22:55
C bəndi