Stüardlar Formula 1 qaydalarına yenidən baxmağı təklif etdilər

Stüardlar Formula 1 rəhbərliyini təkrar startdan əvvəl təhlükəsizlik avtomobilinin arxasınca pelotonun formalaşması qaydalarını yenidən nəzərdən keçirməyə çağırırlar.
Avtosfer.az xəbər verir ki, ötən bazar günü Aleks Elbonun avtomobilinin qəzaya uğraması ilə əlaqədar, yürüş qırmızı bayraqlarla dayandırılıb və pilotlar pit-leynə qayıdıblar. Sonra təkrar start elan olunub, pilotlar trasa dönərək lazımi qaydada düzülüblər. Pilotların əksəriyyəti ardıcıllığı qoruyub saxlamaqdan ötrü 6-cı döngədə sürəti azaldıblar. Lando Norris, Oskar Piastri, Esteban Okon, Serxio Peres və Karlos Sayns bolidin sürətini xeyli aşağı salıblar.
Bundan xəbər tutmayan Quanyuy Çjou, Valtteri Bottas, Loqan Sarjent və Kevin Maqnussen döngəyə yüksək sürətlə daxil olub və qəzadan yaxa qurtarmaqdan ötrü tədbir görməli olublar. Bu səbəbdən Maqnussen hətta çınqıla çıxıb.
Stüardlar qərar veriblər ki, pilotlardan heç biri cəzalandırılmasın. Lakin izah ediblər ki, insidentə səbəb Corc Rasselin pit-leyndən asta sürətlə çıxması olub.
lent.az
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












