Sürücü belə manevr edə bilərmi? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual geriyə hərəkət manevri ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Dönməli olduğu yolayrıcını düzünə keçib getmiş sürücü belə manevr edə bilərmi?
A) Edə bilər;
B) Edə bilməz;
C) Geriyə hərəkət edərkən heç kəsə mane olmursa, edə bilər.
Sualın doğru cavabı belədir: «Yol hərəkəti haqqında» Qanunun 42-ci maddəsinin 14-cü hissəsinə əsasən, yolayrıclarında geriyə hərəkət qadağandır. Deməli, sualın doğru cavabı «B» variantı olacaq: Dönməli olduğu yolayrıcını düzünə keçib getmiş sürücü yolayyrıcında geriyə hərəkət etməklə həmin istiqamətə dönmə manevri edə bilməz. Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik. Avtosfer.az-dan hədiyyə olaraq yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun «Yol hərəkəti haqqında» Qanunun kommentariyası kitabını əldə etmək üçün 012 510 24 19 nömrəsinə zəng etmək xahiş olunur.
Öyrənək, öyrədək!
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB











