Sürücü hansı istiqamətlər üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı manevr qaydası ilə bağlı yeni sualı və doğru cavabı təqdim edir:
Bu sürücü oxlarla göstərilmiş hansı istiqamətlər üzrə hərəkət edə bilər?
1) B istiqaməti üzrə
2) A və B istiqaməti üzrə
3) C və D istiqaməti üzrə
4) A, B və C istiqaməti üzrə
5) B və C istiqaməti üzrə
Doğru cavab: 1) B istiqaməti üzrə
İzah: Yolayrıcı qarşısında quraşdırılmış 5.7.1 birtərəfli hərəkət yoluna çıxış nişanı bildirir ki, yol sola doğru birtərəflidir. Buradan sağa dönmək birmənalı şəkildə qadağandır. Bu nişan düzünə getməyi qadağan etmir. Sürücü sağ zolaqla yerləşdiyi üçün yalnız düzünə hərəkət edə bilər. Sola və geriyə o halda dönə bilərdi ki, sol zolaqda yerləşsin.
Sualın ilk düzgün cavabını verən Natiq Məmişov adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












