Reklam

«Sürücü kimə yol verməlidir» sualının cavabı açıqlandı

Yarışma 12 Avqust 2014 01:40 Oxunub 7509
«Sürücü kimə yol verməlidir» sualının cavabı açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir; minik avtomobilinin sürücüsü şəkildə gördüyünüz trayektoriya ilə hərəkət etmək üçün nə etməlidir?

a) yolayrıcında heç kəsə yol vermədən hərəkətini davam etdirməlidir;

b) yolayrıcına daxil olmadan hər iki piyadanın yolu keçməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

c) qadın piyadaya yol verməli, daha sonra yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli  və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

ç) qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli  və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.

Suala verilən cavabları təqdim edirik:


Nazim Sofi-Zadeh - Ç qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.


Elcin - Ç qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.Çünki bura nizamlanan piyada ke,idi deyil lakin kişi piyada artıq yola daxil olmuşdur. Ona gore de ona yol vermeye mecburdur


Tağiyev Elmar - Gorduyumuz kimi, bu yolayricinda n.v-nin hereketi nizamlayici terefinden ve ya svetoforla nizamlanmayib,beleki nizamlanmayan yoldur.Umumiyyetle,surucun nizamlanmayan yolayricina ve ya kecide yaxinlasharken yolu kecen piyadalara tehluke yaratmamaq ucun sureti lazimi qeder azaltmalidir.Piyada yolayricina ve ya kecide daxil olmushdursa ve ya daxil olmaqdadirsa, surucu n.v-ni dayandirmali ve piyadaya yol vermelidir. Bu veziyyetde qadin piyada yolayricina daxil olmayib,sekidedir.Kishi piyada ise artiq yolayricina daxil olmaqdadir.Beleki,surucu sekide dayanan qadin piyadaya yol vermeden yolayricina daxil olaraq orada dayanmaqla,yolayricina daxil olmaqda olan kishi piyadaya yol vermeli ve bundan sonra hereketini davam etdirmelidir. Cavab-sonuncu variant-ch.


Azim - Menim fikrimce piyadalrin hec birine yol vermeden surucu hereketi davam etdirmelidir. nizamlanmamish piyada kecididir ora


Aişa – Ç bendi


Seyyad Quliyev Yolayrıcına daxil olmadan hər iki piyadanın yolu keçməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;


Vüsal Imanov – Ç. Qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.Şəkildəki görüntü Aleksandr Puskin kuçəsindən Dilarə Əliyaca küçəsinə dönmənin təsviridi.cavabda təbi ki c bəndidi.


Arzu - Gorduyumuz kimi, bu yolayricinda n.v-nin hereketi nizamlayici terefinden ve ya svetoforla nizamlanmayib,beleki nizamlanmayan yoldur.Umumiyyetle,surucun nizamlanmayan yolayricina ve ya kecide yaxinlasharken yolu kecen piyadalara tehluke yaratmamaq ucun sureti lazimi qeder azaltmalidir.Piyada yolayricina ve ya kecide daxil olmushdursa ve ya daxil olmaqdadirsa, surucu n.v-ni dayandirmali ve piyadaya yol vermelidir. Bu veziyyetde qadin piyada yolayricina daxil olmayib,sekidedir.Kishi piyada ise artiq yolayricina daxil olmaqdadir.Beleki,surucu sekide dayanan qadin piyadaya yol vermeden yolayricina daxil olaraq orada dayanmaqla,yolayricina daxil olmaqda olan kishi piyadaya yol vermeli ve bundan sonra hereketini davam etdirmelidir. Cavab-sonuncu variant-Ç.


Pervin Ehmedov - Hec birine yol vermeden davam etmelidir cunki orada ne piyada kecidi ucun zolaqli xett var ne znak onuncun hereketin davam etdirmelidir. a varianti


Sevinc Valizada - B. Surucu piyadalara yol verdikden sonra hereketi davam etdirmelidi


Rashad Mirzoyev - Ç) qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.

Qadin piyada sekide dayandigindan yol vermeden yolayiricina daxil olaraq artiq yola cixan kishi piyada yol vermelidi cunki o artiq yola daxil olub...


Sualın doğru cavabı isə belədir: Gördüyümüz şəkildə nizamlanmayan yolayrıcı verilir. Bu yolayrıcında nə 5.16.1 və 5.16.2 nişanı, nə də 1.14 nişanlanması (zebr) olmadığından piyada keçidi də yoxdur. Amma «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsinin I hissəsinin 2-ci bəndində deyilir ki, piyada  dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Şəkildəki piyadalar yolun hərəkət hissəsini piyada keçidi olmayan yolayrıcında səki xətti boyunca keçirlər. «Yol hərəkəti haqqında» Qanunun heç bir müddəasında sürücünün getdiyi yolu piyada keçidi olmayan yerdə keçən piyadaya yol verməli olduğunu təsbit edən qayda yoxdur. Lakin bu Qanunun 75-ci maddəsinin I hissəsində deyilir ki, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Özü də bu normada piyada keçidi barədə heç nə deyilmir, yəni bu qayda keçidin olub-olmamasından asılı olmayaraq qüvvədədir. Deməli, şəkildəki minik avtomobilinin sürücüsü qadın piyadaya yol verməyə borclu deyil, amma kişi piyadaya yol verməlidir, çünki bu piyada onun döndüyü yolu keçməkdədir. Beləliklə, DOĞRU CAVAB “ç” variantıdır, yəni sürücü qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli  və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.

Bu dəfəki cavabların arasında əksəriyyəti doğrudur, amma təssüf ki, məni qane edən tam əhatəli cavab yoxdur. Bununla belə, Nazim Sofi-Zadeh adlı oxucunu bu həftənin qalibi saya bilərik. Onun cavabı bir qədər izahsız olsa da, ilk doğru cavabdır. Həmin cavab belədir: Ç - Qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir. Qallibimiz 055 335 1559 nömrəli telefona zəng edib 20 manatlıq hədiyyə kartını əldə edə biər.

Xatırladırıq ki, suala hamıdan əvvəl ən dolğun və ən düzgün cavab verən şəxs qalibdir və sponsorun təqdim etdiyi mükafatı qazanacaq. Amma nəzərə alın ki, sadəcə ilk doğru cavab qalib olmaya bilər. Qalib olmaq üçün cavabınız imkan daxilində əhatəli (izahlı) olmalıdır ki, bunun təsadüfən düzgün olmadığına əmin olaq

Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Oxucuların diqqətinə çatdıraq ki, sualın cavabları növbəti həftə açıqlanacaq.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib. 

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!


Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh