Sürücü səhvini düzəltmək üçün nə etməlidir? – DOĞRU CAVAB

Avtosfer.az öğən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş oxucunun kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yolayrıcında sola dönməli olan bu avtomobilin srücüsü səhvən yolayrıcını düzünə keçmişdir. O, səhvini düzəltmək üçün nə etməlidir?
A) “A” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra düzünə hərəkətini davam etdirməlidir;
B) “B” trayektoriyası üzrə geriyə hərəkət etməli, daha sonra sola dönərək hərəkətini davam etdirməlidir;
C) Getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.
Sualın cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 14-cü hissəsinə əsasən, yolayrıclarında geriyə hərəkət qadağandır. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Sürücüsü səhvini düzəltmək üçün getdiyi istiqamətdə hərəkət etməli, qabaqda geriyə dönməyə icazə verilən yerdə geriyə dönərək bu yolayrıcına qayıtmalı və nəzərdə tutduğu istiqamətdə hərəkətini davam etdirməlidir.
Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













