Sürücü yalnız bu istiqamət üzrə hərəkətini davam etdirə bilər
Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual nəzəri bilikləri yoxlamaq məqsədi daşıyırdı. Sual belədir: Şəkildə ən solda icazə verilən maksimal kütləsi 5 ton olan yük avtomobili verilib. Həmin avtomobilin sürücüsü bu yolayrıcında göstərilən istiqamətlərdən hansı üzrə hərəkətini davam etdirə bilər?
Suala oxucular tərəfindən verilən cavablar bunlardır:
Həsənov Kənan - B-C-Ç istiqamətlərinə hərəkəti davam etdirə bilər
Elcin - 3 cu zolaga 3.5 tondan yuxari yuk mawinlarinin giriwi qadagandir onlar 3 cu zolaqla ancaq sola ve geriye donmek ucun kece bilerler C Ç
Vusal Imanov - B_C_Ç variantı. Burda hər hansı bir işarə olsaydı daha dəqiq və dolğun cavablandırmaq olardı
Xeyal - B ve C
Tural - B ve C varianti
Adil Sola ve geri
Arzu - Eyni istiqametde uc ve daha cox hereket zolagi olan yolda icaze verilen kutlesi 3.5t-dan cox olan n.v-leri sol kenar hereket zolagini tutmamalidir; hereket istiqametini sola ve geriye davam etdirmek hallari istisna olmaqla. Shekilde bu yolayricinda gosterilen icaze verilen kutlesi 5t-dan cox olan yuk avtomobili hereketi duzune-B istiqametine davam etdire bilmez, bunun ucun 2-ci zolagi tutmaliydi; saga-A istiqametine hereketi davam etdire bilmez, bunun ucun kenar sag zolagi tutmaliydi. Cavab: Bu yolayricinda icaze verilen kutlesi 5t-dan cox olan yuk avtomobili kenar sol zolaqdan hereketi sola-C, geriye-Ch istiqametlerinde davam etdire biler.
Vatan Chelik – B ve C istiqametlerde gede biler
Vusal Hajievv - Cavab B ve C olmalidi bildiyim qeder. Eger yuk masini A trayektoriyasi uzre hereket etmek istese evvelden sag yolda hereket etmeli idi Ç trayektoriyasi ucun ise evvel sola donmeli C xetti uzre daha sonra qarwidan geri qayidib Ç ye gele biler.... bu haldada dogru cavab kimi B ve C daha uygun cavab olur.
Amal Xudayarov - Ç-c-b
Ramil Memmedov - C ve Ç
Elcin Penahov – A-dan baska ucune de
Ruslan Allahverdiyev - B və C
Zaur Ibrahimov - B ve C
Orxan Mamedov - Ç C
Sualın doğru cavabı isə belədir: Şəkildə eyni istiqamətdə üç hərəkət zolağı olan yolun əmələ gətirdiyi yolayrıcı verilib. «Yol hərəkəti haqqında» Qanunun 49-cu maddəsinin V hissəsində deyilir ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. Bu Qanunun 42-ci maddəsinin VI hissəsi isə ən sol zolaqdan sağa dönməni qadağan edir. Deməli, bu şəkildəki ən sol zolaqda olan icazə verilən maksimal kütləsi 5 ton olan yük avtomobilinin sürücüsü A və B trayektoriyaları üzrə hərəkətini davam etdirə bilməz. Beləliklə, doğru cavab: Həmin yük avtomobilinin sürücüsü bu yolayrıcında yalnız C və Ç trayektoriyaları üzrə hərəkətini davam etdirə bilər.
Sualımızın ik doğru və əhatəli cavabını Arzu adlı oxucu verib. Onu doğru cavabı və sponsorun mükafatını qazanması münasibətilə təbrik edirik. Hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək olar.
Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.
Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!
«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.
Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]
Öyrənək, öyrədək!