Toskana Qran-prisində kütləvi qəza: Hemilton 90-cı qələbəsini qazandı

"Mercedes" komandasının pilotu Lüis Hemilton "Formula 1" üzrə Toskana Qran-prisinin qalibi olub.
"Report"un məlumatına görə, britaniyalı sürücü karyerasında 90-cı qələbəsinə imza atıb. O, almaniyalı Mixael Şumaxerin rekordunu təkrarlamaq üçün daha bir Qran-pridə qalib olmalıdır.
Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"un tailandlı sürücüsü Aleksander Albon üçüncü yeri tutub. Albon karyerasında ilk dəfə podiuma qalxıb.
Bu, "Ferrari" üçün 1000-ci Qran-pri olsa da, komandanın pilotlarından monakolu Şarl Lekler səkkizinci, almaniyalı Sebastyan Fettel doqquzuncu yeri tutub.
Yarış iki dəfə qəza ilə əlaqədar qırmızı bayraqlarla dayandırılıb və finişə 20 pilotdan 12-si çata bilib. İki dəfə qırmızı bayraqla mübarizənin dayandırılma halı sonuncu dəfə 2016-cı il Braziliya Qran-prisində olub.
Bugünkü Qran-pridə qəzalardan biri kütləvi olub. İrəlidə gedənlərin birdən-birə sürətlərini azaltmaları arxadakıların vaxtında reaksiya verməmələri ilə nəticələnib. Nəticədə "Alfa Romeo"dan Antonio Covinatsi "Haas"dan Kevin Maqnussenə çırpılıb, arxadan isə onların üzərinə "McLaren"dən Karlos Saynsın bolidi uçub. İnsidentin daha bir iştirakçısı isə "Williams"dan Nikolas Latifi olub. Araşdırmadan sonra stüardlar pilotlardan heç birini cəzalandırmayıblar və birdən-birə 12 pilota xəbərdarlıqla kifayətləniblər. Onların arasında Bottas olmayıb.
Qeyd edək ki, doqquz mərhələdən sonra ümumi hesabda Lüis Hemilton 190 xalla liderdir. Valtteri Bottas 135 xalla ikinci, "Red Bull"un üzvü Maks Ferstappen 110 xalla üçüncüdür. Növbəti mərhələ 25 - 27 sentyabrda Rusiyanın Soçi şəhərində keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












