“Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər” adlı bilik yarışı keçirildi - FOTOLAR

Bakıda yerləşən 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 238 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri arasında “Uşaqlar yol hərəkəti qaydalarını necə bilirlər” adlı bilik yarışı keçirilib. Avtosfer.az xəbər verir ki, bilik yarışını keçirməkdə məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək və istedadlı uşaqları aşkar etməkdir.
Yarışda “Yol hərəkəti qaydaları” dərnəyinin üzvlərindən ibarət “Piyadalar”, “Polislər”, “Sürücülər”, “Sərnişinlər” və “Svetofor” adlı komandalar iştirak edib.
Yarışın sonunda “Sürücülər” komandası I, “Svetofor” komandası II, “Piyadalar” komandası isə III yerin qalibi olub.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inpektoru polis kapitanı Pərvanə Muradova, 238 nömrəli məktəbin direktor müavini Dilbər Məmmədova, mərkəzin əməkdaşları Solmaz Qasımova, Fəridə Süleymanova, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Eltac
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB


















