“V1 Challange Azərbaycan” başa çatdı - VİDEO

Yarışma 13 Oktyabr 2014 00:57 Oxunub 2020
“V1 Challange Azərbaycan” başa çatdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarışın qalibi fransalı pilot oldu

Bakı növbəti möhtəşəm şouya ev sahibliyi etdi. ”Baku Crystal Hall”da keçirilən “V1 Challange Azərbaycan” yarışında dünyanın tanınmış pilotları iştirak edərək öz məharətlərini göstəriblər. Sağlam həyat tərzini təbliğ edən “V1 Challange Azərbaycan” yarışı - 2011, 2012 və 2013-cü il mövsümlərində 110 mindən çox izləyiciyə adrenalin dolu anlar yaşadıb. Bu gün isə 20 minə yaxın çox paytaxt sakini bu həyəcanı yaşayanlardan oldu.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bu cür dünya miqyaslı yarışların ölkəmizə gətirilməsinə Azərbaycanın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu dedi. Anar Ələkbərov deyir ki, gündən-günə dəyişən Bakıda aparılan quruculuq işləri, salınan yeni yollar, körpülər idman yarışıları həvəskarlarına paytaxta izləmək şansını verir. Yarışlara start verməzdən qabaq meydana müxtəlif fəndlər nümayiş etdiren pilotlar çıxaraq sürət avtomobilləri ilə drift etdiler. Və bu isə böyük tamaşaçı kütləsini yarışa daha da motivə etdi. Pilotlar arasında 3 nəfər Azərbaycanı təmsil edirdi. Və onlardan biri elə ilk mərhələdə yarışı tərk etməli oldu. Digəri isə növbəti mərhələlərdə yarışdan kənarda qaldı. Sonuncu azərbaycan pilotu isə 3-cü yer uğrunda mübarizədən məğlub ayrıldı. Finala Almaniyalı pilot Hrald Müller və Fransalı pilot Anton Huber vəsiqə qazandı. Yarışın final xəttini ilk keçən isə Fransalı yarışçı oldu. Fransalı pilot Anton Huber deyir ki, final çox çətin idi: “Ancaq bugünki yarışda mənim ən güclü rəqibim Livanlı pilot oldu. Buna baxmayaraq öz təcrübəmə arxalandım və qalib gəldim. Azərbaycan Avtomobil Federasiyasına xüsusi təşəkkürlərimi bildirirəm ki, belə möhtəşəm yarış təşkil ediblər”.

3-cü yerin sahibinə 2 min manat, 2-ci yerin sahibinə 5 min manat, qalibə isə 10 min manat məbləğində pul mükafatı verildi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh