Yola çəkilən bu oxlar nəyi bildirir? – DOĞRU CAVAB

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab vermiş oxucumuzun adını təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yolların nişanlanması ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Yola çəkilən bu nişanlanma (oxlar) nəyi bildirir?
A) Yolun sağa istiqamətlənən döngəsinin olmasını;
B) Orta zolaqla gedən nəqliyyat vasitələrinin qabaqdakı yolayrıcında sağa dönməsinə icazə verildiyini;
C) Orta zolaqla həmin istiqamətdə hərəkətə icazə verilmiş yol sahəsinin bitəcəyini və sağ zolağa yerdəyişmənin zəruri olduğunu.
Sualın doğru cavabı belədir: Şəkildə orta zolağa çəkilən 1.19 nişanlanması qabaqda həmin zolaqda 1.1 və ya 1.11 xəttinin köməyi ilə hərəkət istiqamətinin əksinə dəyişəcəyini bildirir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Yola çəkilən bu nişanlanma (oxlar) orta zolaqla həmin istiqamətdə hərəkətə icazə verilmiş yol sahəsinin bitəcəyini və sağ zolağa yerdəyişmənin zəruri olduğunu bildirir.
Sualın ilk doğru cavabını Elvir Nağıyev adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













