Yolu hansı ardıcıllıqla keçmək lazımdır? – DOĞRU CAVAB

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş oxucunun kimliyini açıqlayır. Budəfəki sualımız yolayrıcını keçmə qaydaları ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:
Svetoforun sarı işığının yanıb-söndüyü bu yolayrıcını hərəkət iştirakçıları hansı ardıcıllıqla keçməlidirlər?
A) Düzünə gedən at arabası gözləməli, sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil isə bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz;
B) Əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz;
C) Əvvəl düzünə gedən at arabası keçib getməli, daha sonra isə sizin idarə etdiyiniz və qarşıdan düzünə gələn avtomobil bir-birinə mane olmadığınıza görə hər ikiniz eyni zamanda keçib getməlisiniz.
Sualın doğru cavabı belədir: Svetoforun sarı işığının yanıb-sönməsi yolayrıcının nizamlanmayan olduğunu bildirir. Burada keçid növbəlilyini bildirən üstünlük nişanları da yoxdur. Deməli, nəqliyyat vasitələri bu yolayrıcını “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin 3-ci hissəsinə müvafiq qaydada keçməlidirlər: hər bir sürücü (Qanunun 1-ci maddəsində verilən anlayışlara əsasən, at arabası da nəqliyyat vasitəsidir, onu idarə edən isə sürücüdür) sağdan yaxınlaşana yol verməlidir. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq: bu yolayrıcını əvvəl qarşıdan düzünə gələn minik avtomobili, daha sonra düzünə gedən at arabası, sonda isə siz keçməlisiniz.
Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!
Öyrənək, öyrədək!
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN













