Bu maşınlar dərhal cərimələnir – XƏBƏRDARLIQ - VİDEO

"Sepli nəqliyyat vasitələrindən istifadəyə yalnız ol halda icazə verilir ki, həmin o tırtırlı dəmirlərin arasında xüsusi bir rezindən hazırlanmış arakəsmələr olsun”.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib. O bildirib ki, asfalt örtüyünü zədələməmək şərti ilə belə nəqliyyat vasitələrindən istifadəyə icazə verilə bilər:
“Sepli nəqliyyat vasitələrindən istifadəyə yalnız ol halda icazə verilir ki, həmin o tırtırlı dəmirlərin arasında xüsusi bir rezindən hazırlanmış arakəsmələr olsun. Yəni asfalt örtüyünü zədələməmək şərti ilə belə nəqliyyat vasitələrindən istifadəyə icazə verilə bilir. İkinci variantda isə bu maşın yalnız evakuator yaxud digər nəqliyyat vasitəsinin üzərində hərəkət etməlidir. Üçüncü variantda isə həmin sepli nəqliyyat vasitəsi birmənalı olaraq yoldan kənarlaşdırılır və buna görə cərimə tətbiq olunur”.
Ekspert qeyd edib ki, bu maşın kənd təsərrüfatında və bənzər istiqamətlərdə istifadə edilirsə, eyni zamanda yol örtüyünü zədələmirsə, burada heç bir maneə və qadağa yoxdur:
“Əgər sepli nəqliyyat vasitəsi yol örtüyünə zərər vurmursa, yol ümumiyyətlə asfalt örtüklü deyilsə və intensiv nəqliyyat müşahidə olunmursa, burada heç bir məhdudiyyət tətbiq oluna bilməz. Yəni bu maşın kənd təsərrüfatında və bənzər istiqamətlərdə istifadə edilirsə, eyni zamanda yol örtüyünü zədələmirsə, burada heç bir maneə və qadağa yoxdur. Amma digər nəqliyyat vasitələrində sıxlıq müşahidə olunursa və asfalt qatına zərər vurursa, sepli maşın birmənalı olaraq yoldan kənarlaşdırır və qanunvericiliyə uyğun olaraq, cərimə tətbiq olunur”.
Sosial şəbəkələrdə dərc olunan video görüntülərdə sepli traktorun şəhərdə hərəkəti əks olunub. Bir çox isitfadəçilər bunun asfalt örtüyünü zədələdiyini bildirib.
Həmin görüntüləri təqdim edirik:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










