Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR

Yazarlar 29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Sizə elə gəlməsin ki, Azərbaycanın ən baməzə şəhərinin sakinləri qədim yunan filosofu Sinoplu Diogen kimi gündüz saatlarında adam axtarırlar. Yaxud, qəflətən qaranlıq düşəcəyindən ehtiyat edirlər. Ümumiyyətlə, Şəki şəhərində küçələrin işıqlandırılması çox da pis vəziyyətdə deyil. Enerji təchizatında da xırda istisnalarla çətinlik yoxdur. Bəs şəkililəri gündüz vaxtı fənərlə gəzməyə nə vadar edir?

Əslində şəkililərin işıqlandırma ilə bağlı problemi yoxdur. Gündüz adam axtarmaq da mövzu deyil. Məsələ təhlükə ilə bağlıdır. İtlərin yaratdığı təhlükə. 

Bütün Azərbaycanda olduğu kimi Şəkidə də ictimai təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Lakin, sahibsiz itlərlə bağlı vəziyyət başqadır. Əhalinin sıx oldğu yerlərdə sahibsiz itlərin sayı kifayət qədər çoxdur. Bunlardan qorunmaq üçün əhali maraqlı üsul tapıb: sakinlərin çoxu, əsasən də qadınlar çantalarında itqorxudan fənər gəzdirir. Bu ən səmərəli üsuldur.

İş prinsipinə gəlincə: fənər insan qulağının eşitmədiyi tezlikdə səs buraxır. İtlərin qulağı bu səsi eşidir və onlarda narahatlıq yarandığı üçün olduğu yerdən uzaqlaşır. Çin istehsalı olan bu fənərlərə Bakıda da maraq az deyil.

Vüqar Yaşaroğlu

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh