Tikinti şirkəti bu yolu bərbad vəziyyətə saldı - FOTO

Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, massiv “V” ərazisində yerləşən "Parla Residence" yaşayış kompleksinin qarşısındakı yolun vəziyyəti son zamanlar ciddi şəkildə pisləşib. Yol örtüyündə yaranmış iri çuxurlar və müxtəlif zədələnmələr ərazidə yaşayan sakinlər üçün ciddi narahatlıq doğurur. Məsələ sosial şəbəkələrdə və yerli ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bildirilib ki, yolun bu vəziyyətə düşməsi "Parla Residence" şirkətinin apardığı tikinti işlərinin nəticəsidir.
Avtosfer.az xəbər verir ki, problemlə bağlı “Teleqraf” Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rəsmi sorğu ünvanlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, sözügedən küçədə əsaslı təmir işlərinin aparılması zəruridir:
“Ötən gün bu əraziyə agentliyin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Hazırda ərazidə müvəqqəti olaraq cari təmir işləri aparılacaq. Əsaslı təmirin həyata keçirilməsi üçün isə həmin küçənin növbəti investisiya proqramına daxil edilməsi ilə bağlı müvafiq müraciət olunacaq. Proqrama salındıqdan sonra əsaslı təmir işləri həyata keçiriləcək”.
Hazırkı mərhələdə yalnız müvəqqəti tədbirlərin görülməsi nəzərdə tutulur. Lakin yolun tam şəkildə bərpası yalnız növbəti investisiya proqramlarının təsdiqlənməsi və icrasından sonra mümkün olacaq.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










