Yanacağın qiyməti ARTACAQ - Xəbərdarlıq edildi

2024-cü il baş verən münaqişələr səbəbindən dünya iqtisadiyyatında müəyyən geriləmələr müşahidə olundu. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərq böhranı dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurdu. Əsas ticarət marşurutlarında baş verən münaqişələr malların kəskin bahalaşmasına gətirib çıxartdı. Qırmızı dənizdə husilərin terror aktları, Aralıq dənizndə yaranan problemlər, Rusiyaya qoyulan sanksiyalar qlobal iqtisadiyyatı çətin vəziyyətə salıb. Üstəlik, ABŞ-nin Çin mallarına qoyduğu rüsum da beynəlxalq bazarda ciddi çətinliklər yaradıb.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli “konkret.az”a açıqlamasında bildirib ki, dünyada kataklizmlərin davam etməsi qlobal iqtisadiyyatı çətin duruma salıb:
“Dünyada baş verən geosiyasi böhran sonradan iqtisadi böhrana çevrilməyə bilməz. Amma bu böhranın hansı səviyyədə olması hələlik müəyyən deyil. Bu məsələdə nikbinliyi təmin edən amil Trampın prezident seçilməsidir. Tramp artıq yanvarın 20-dən öz səlahiyyətlərinin icrasına başlayacaq. Tramp əgər verdiyi vədləri yerinə yetirərsə dünyada müəyyən qədər sabitlik yaranacaq, böhran bir qədər səngiyəcək. Amma bu da dəqiq proqnoz deyil. Neftin qiymətində hələki sabitləşmə müşahidə olunur. Ola bilər ki, qarşıdakı aylarda neftin qiymətində ucuzlaşma müşahidə olunsun. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Ümumiyyətlə bu ilin ötən ilkinə nisbətən daha kəskin problemlərlə müşahidə edilmək ehtimalı var. Çünki ötən il dünyada bəzi iqtisadi problemlərə səbəb olan məsələlər hələ aradan qalxmayıb. Azərbaycana gəldikdə, ölkəmizdə iqtisadiyyatı daha çox boğan vergi yüküdür. Çox təəssüflər ki, ötən il vergi yükünün azaldılmasına baxılmadı. Kiçik sahibkarların vergi yükü götürülmədi və bu da, ölkədə iqtisadi aktivliyin bir qədər zəifləyəcəyinə səbəb ola bilər. Ümumiyyətlə il sürprizlərlə zəngin olacaq. Böyük ehtimalla bu il yanacağın qiyməti də artırılacaq. Bu da, sərnişin daşımalarında qiymətlər artımına səbəb ola bilər”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










