“Bakıda yeni yerüstü nəqliyyat ola bilər” - Anar Quliyev

“Hazırda Bakıda əsas məsələ yerüstü ictimai nəqliyyat üçün müvafiq yerin nəzərdə tutulması ilə bağlıdır. Bunun üçün konkret küçələr müəyyənləşdirilib və ayrıca zolaqların təşkili ilə bağlı işlər görülür”.
Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Bakıda istifadə edilən əsas yerüstü ictimai nəqliyyat növü avtobusdur:
“Hazırda avtobusların növü dəyişdirilir, elektrik avtobusları gətirilir. Gələcəkdə müvafiq sahəyə cavabdeh təşkilatların qərarı ilə bu yerüstü relsli nəqliyyat da ola bilər, düşünürəm ki, bununla bağlı yaxın illərdə konkret qərar veriləcək”.
A.Quliyev, həmçinin əlavə edib ki, Bakının Baş Planı keçən il təsdiq olunub və 2040-cı ilə qədər şəhərin inkişaf proqramını nəzərdə tutur. Artıq ilin əvvəlindən bununla bağlı bir sıra transformasiya layihələri icra olunub.
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO












