Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat - FOTO

Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Ziya Ziyəddin oğlu Qurbanzadə sözügedən vəzifəyə gətirilib. O bundan əvvəl Mingəçevir Regional Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən ilin mart ayında Mingəçevir Gənclər Evinin rəhbəri Tural Adil oğlu Kərimov Mingəçevir Regional Turizm İdarəsinə rəis təyin edilmişdi. Bir neçə gün əvvəl isə Tural Kərimov mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi təyin olunub.
Xatırladaq ki, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov öz ərizəsi əsasında aprelin 2-də vəzifəsindən azad olunmuşdu. Eyni zamanda, sözügedən vəzifənin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Ziya Qurbanzadəyə həvalə edilmişdi.
Fotoda Tural Kərimov

Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO












