"Bolt", "Pony.ai" və "Stellantis" sürücüsüz nəqliyyat sınaqlarına başlayır

İyunun 9-u Avropanın aparıcı mobillik platforması Bolt, avtonom idarəetmə texnologiyaları sahəsində qlobal lider "Pony.ai" və dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan "Stellantis" Lüksemburqda avtonom mobillik üzrə pilot sınaq proqramının başladığını elan ediblər.
Avtosfer.az xəbər verir ki, Bolt-un ilk avtonom mobillik pilot layihəsidir və şirkətin müxtəlif texnologiya tərəfdaşları ilə birlikdə Avropa şəhərlərində avtonom mobillik xidmətlərini genişləndirmək məqsədində növbəti mühüm mərhələ hesab olunur. "Stellantis" üçün isə bu təşəbbüs şirkətin Avropadakı tərəfdaş ekosisteminin genişləndiyini nümayiş etdirir və L4-Ready Platform™ əsasında qurulan qlobal sürücüsüz mobillik strategiyasını daha da irəli aparır.
Proqram "Pony.ai" şirkətinin yeddinci nəsil (Gen-7) avtonom nəqliyyat vasitələrinin təhlükəsizlik, performans və normativ tələblərə uyğunluğunun Lüksemburqun real yol hərəkəti şəraitində qiymətləndirilməsinə yönələcək. Bu proses ölkənin avtonom mobillik texnologiyalarının sınaqlarına açıq və innovativ yanaşması ilə dəstəklənəcək. "Stellantis" isə L4-Ready Platform™ əsasında hazırlanmış orta ölçülü furqon təqdim etməklə mühəndislik və istehsalat sahəsindəki təcrübəsini layihəyə töhfə verəcək.
Tərəfdaşlar hazırda “Living Lab” pilot layihəsinin həyata keçirilməsi üçün hazırlıq işləri aparırlar. Pilot proqram şəhər şəraitində təhlükəsiz avtonom mobilliyin təmin olunması üçün zəruri olan texnologiya və əməliyyat proseslərinin sınaqdan keçirilməsini nəzərdə tutur. Buraya nəqliyyat vasitələrinin istifadəyə verilməsi, ride-hailing platforması ilə inteqrasiyası, donanmanın idarə olunması və tənzimləyici qurumlarla koordinasiya daxildir.
Pilot proqram "Stellantis", "Pony.ai" və "Bolt" arasında daha əvvəl elan edilmiş əməkdaşlıqların davamı olaraq Avropada avtonom mobillik həllərinin inkişafı və tətbiqini sürətləndirməyi hədəfləyir. Şirkətlər proqramın sonunda tam sürücüsüz istismara hazırlıq səviyyəsinə çatmağı planlaşdırırlar.
Layihə tərəfdaşların aşağıdakı üstünlüklərini bir araya gətirir:
"Bolt"un ride-hailing (mobil tətbiq vasitəsilə nəqliyyat sifariş etməsinə imkan verən xidmət növü) platforması və bazar təcrübəsi;
Stellantis-in L4-Ready Platform™ həlləri, eləcə də mühəndislik və istehsalat imkanları;
"Pony.ai" şirkətinin avtonom idarəetmə texnologiyaları və əməliyyat təcrübəsi.
Markus Villig, "Bolt"un təsisçisi və baş icraçı direktoru:
“Avtonom mobillik texnologiyaları artıq bütün dünyada nəqliyyat sektorunu dəyişir. Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil və Avropa mənşəli ride-hailing platforması olaraq biz bu inqilabi texnologiyanın Avropada geniş tətbiqinin önündə olmaq istəyirik. Lüksemburqun bu texnologiyanın sınaqlarına mütərəqqi yanaşmasını yüksək qiymətləndiririk və Avropadakı tərəfdaşımız "Stellantis", eləcə də proqram təminatı sahəsində qlobal lider "Pony.ai" ilə gələcəkdə yeni pilot layihələr həyata keçirməkdən məmnunuq.”
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO












