Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 130 milyon 387,6 min ton yük, 1 milyard 675 milyon 236,6 min sərnişin daşınıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8 milyon 416 min ton və ya 6,9 % və 177 milyon 929 min sərnişin və ya 11,9 % çoxdur.
Hesabat dövründə 1 milyard 538 milyon 560,1 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 10 ayı ilə müqayisədə 166 milyon 71 min nəfər və ya 12,1 % çoxdur.
2026-ci ilin yanvar-oktyabr aylarında minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 11 milyon 857,8 min nəfər və ya 9,5 % artaraq 136 milyon 676,5 min nəfər olub.
Bu ilin 10 ayında Azərbaycanda nəqliyyat sektorunda 1 milyard 861 milyon 919,1 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 168 milyon 277 min sərnişin və ya 9,9 % çoxdur.
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT












