Onları gecə işlətmək də, ezamiyyətə göndərmək də olmaz - İşə götürənlərə sərt qadağa

18 yaşına çatmamış şəxslərin işə götürülməsi və əmək şəraiti ilə bağlı işəgötürənlər üçün bir sıra məcburi tələblər müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, əmək qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların hüquq və təhlükəsizliyinin qorunması üçün xüsusi şərtlərə əməl olunmalıdır.
Belə ki, 15-18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanması üçün valideynlərindən, övladlığa götürənlərindən, qəyyumlarından və ya onları qanunla əvəz edən şəxslərdən birinin yazılı razılığı tələb olunur. Razılıq “Əmək və Məşğulluq” altsisteminə daxil edilmədikdə əmək müqaviləsi qəbul edilmir.
Bundan başqa, yaşı 18-dək olan işçilər üçün sınaq müddəti müəyyənləşdirilə bilməz. İşəgötürən onların əmək və peşə vərdişlərinin artırılması üçün əlavə şərtlər və öhdəliklər nəzərdə tutmalıdır. İş günü ərzində peşə hazırlığına sərf olunan vaxt isə işəgötürənin razılığı ilə iş vaxtı hesab edilir.
Qanunvericiliyə görə, bu kateqoriyadan olan işçilərin attestasiyasının keçirilməsi də qadağandır.
Azyaşlı işçilərin gecə növbəsinə, iş vaxtından artıq işlərə, istirahət və bayram günlərində görülən işlərə cəlb edilməsinə, eləcə də ezamiyyətə göndərilməsinə yol verilmir.
Onların iş vaxtı da yaş həddinə uyğun məhdudlaşdırılıb. Belə ki, 16 yaşınadək olan şəxslər həftədə maksimum 24 saat, 16-18 yaş arası şəxslər isə maksimum 36 saat işləyə bilərlər.
Əmək məzuniyyətinin müddəti də digər işçilərdən fərqlənir. 16 yaşınadək şəxslərə azı 42 təqvim günü, 16 yaşından 18 yaşınadək olanlara isə azı 35 təqvim günü əmək məzuniyyəti verilməlidir.
Bəzi iş yerlərində azyaşlıların çalışması isə qəti şəkildə qadağandır.
Belə ki, 18 yaşına çatmamış şəxslərin ağır və zərərli əmək şəraiti olan müəssisələrdə, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə çalışmasına icazə verilmir.
Həmçinin onların mənəvi inkişafına mənfi təsir göstərə biləcək gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması ilə bağlı işlərə cəlb edilməsi qadağandır.
Bundan əlavə, azyaşlıların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək digər işlərdə də əməyindən istifadə oluna bilməz./yenisabah
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO












