Banner

Üç nəfərin öldüyü qəzada yaralanan məktəbli yenidən xəstəxanaya köçürülüb

Xəbərlər 20 Noyabr 2026 18:17
Üç nəfərin öldüyü qəzada yaralanan məktəbli yenidən xəstəxanaya köçürülüb
WhatsApp kanalımıza abunə olun

Bir neçə gün öncə Füzuli rayonunun Böyük Bəhmənli kəndində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ağır xəsarət alan məktəbli, 2010-cu il təvəllüdlü Rəvan Abbaszadə yenidən başqa xəstəxanaya təxliyə olunub.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, o, paytaxtda yerləşən özəl xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, o 17 noyabr tarixində Füzuli Mərkəzi Xəstəxanasından Şirvan Mərkəzi Xəstəxanasına köçürülmüşdü.

Qeyd edək ki, R.Abbaszadə Füzuli rayonu Mirzə Uluqbəy adına tam orta məktəbin şagirdidir. Ağır qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh