Banner

Mercedes-Benz-in yeni modelləri təqdim edildi - FOTO

Avtoxəbər 20 Noyabr 2026 19:31
Mercedes-Benz-in yeni modelləri təqdim edildi  - FOTO
WhatsApp kanalımıza abunə olun

17 noyabr tarixində Mercedes-Benz-in Azərbaycandakı rəsmi dileri “Abşeron Avtomobil Mərkəzi” MMC-nin salonunda markanın yeni GLE, GLE Coupé və GLS modellərinin təqdimatı keçirilib.

Avtosfer.az xəbər verir ki, Mercedes-Benz-in 140 illik innovasiya irsinə həsr olunan tədbirdə şirkət nümayəndələri, media təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər. Tədbirin açılışında Mercedes-Benz AG-nin Azərbaycandaki rəsmi distributoru “Avtokapital-Azərbaycan” MMC-nin baş müdiri Orxan Hacıyev qonaqları salamlayaraq markanın innovasiya və inkişaf fəlsəfəsindən bəhs edib.

“3 Ulduz. 3 Rəng. 3 Sirr.” konsepsiyası əsasında təşkil olunan təqdimatda üç model fərqli rənglər və xarakterlər vasitəsilə nümayiş etdirilib: liderlik və zərifliyi təcəssüm etdirən Platinum rəngində GLS, güc və balansın simvolu Deep Blue rəngində GLE, dinamika və emosiyanı ifadə edən Deep Red rəngində isə GLE Coupé.

Yeni modellər yenilənmiş eksteryer dizaynı, müasir rəqəmsal texnologiyaları, təkmilləşdirilmiş MBUX multimedia sistemi və yüksək komfort imkanları ilə diqqət çəkib.

Artıq yeni Mercedes-Benz GLS, GLE və GLE Coupé modelləri Abşeron Avtomobil Mərkəzinin salonunda nümayiş olunur. Avtomobil həvəskarları modellərlə yaxından tanış ola və onların yeniliklərini kəşf edə bilərlər.

📍 Heydər Əliyev pr., 191
📞 *8885
Mercedes-Benz — 140 illik innovasiya irsi və gələcəyin avtomobil dünyası.

 

FOTO QALEREYA
Oxunub : 78
ŞƏRH YAZ
Ad

E-mail

Şərh