Bu yolda avtobus zolağı ləğv edildi - FOTO
Yeniliklər
28 Sentyabr 2024 18:25

Bakıda, Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsində avtobus zolağı ləğv olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə yoldan istifadə edən sürücülərdən biri Baku.ws-in "qaynar xətti"nə müraciət edib.
Hazırda əksər sürücülər zolağın ləğv edildiyindən xəbərsiz olduqları üçün sağ zolağı boş saxlayaraq yalnız sol zolaqlardan istifadə edirlər. Bu, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edir və müəyyən yerlərdə sıxlığa səbəb olur.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azadlıq prospektində Məmməd Araz küçəsi ilə kəsişməyədək avtobus zolaqlarının 200 metrlik hissəsi ləğv edilib. Həmin ərazidə iki zolaq sola və iki zolaq düzünə hərəkət təşkil olunub.
Oxunub : 3482
DİGƏR XƏBƏRLƏR
20 Oktyabr 2026 10:14
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
19 Oktyabr 2026 10:48
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
17 Oktyabr 2026 20:24
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
16 Oktyabr 2026 13:03
Prezident onları təltif etdi - ADLAR
16 Oktyabr 2026 12:18
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
9 Oktyabr 2026 14:00
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
6 Oktyabr 2026 10:11
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
3 Oktyabr 2026 22:36
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
1 Oktyabr 2026 16:41
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
1 Oktyabr 2026 16:30
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
29 Sentyabr 2026 12:03
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
28 Sentyabr 2026 10:30
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
ŞƏRH YAZ













