General-mayor rütbəsi alan hərbçilər kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
Avtosfer.az xəbər verir ki, general-mayor ali hərbi rütbəsi alan hərbi qulluqçulardan biri polkovnik Etibar İsmayıl oğlu Məhərrəmovdur. O, Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsində çalışır. Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib. Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kənan Seyidovdur. Ona isə bu gün general-leytenant ali hərbi rütbəsi verilib.
Ali hərbi rütbə alanlardan biri Heydər Əliyev adına Hərbi İnstitutun rektoru Ümüdvar Əzizalı oğlu Quliyevdir. O da bundan sonra general-mayor rütbəsi daşıyacaq.
Həmçinin, polkovniklər - Zaur Qəzənfər oğlu Yusifli və polkovnik Anar Tofiq oğlu Hüseynova da general-mayor rütbəsi verilib.
Eyni zamanda, Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov da ali hərbi rütbə alıb. Belə ki, Ş.Məmmədova kontr-admiral rütbəsi verilib. Qeyd edək ki, "kontr-admiral" Quru Qoşunlarında general-mayor rütbəsinə ekvivalent olan ali hərbi rütbədir./unikal
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO












