Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.
Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.
Həmçinin, fərmana görə, 2026-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçiriləcək. İndiyə qədər bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yer quruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












