Qatarlarda ödənişsiz “Wi-Fi” istifadəyə verilir

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlayır.
"Avtosfer.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, pilot layihə çərçivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb. Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə ADY bəyan edib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












